Bencamin Franklin Amerikanın yaranmasında müstəsna rol oynayan şəxsiyyətlərdən biridir. O, həyatı boyu özünü ən müxtəlif sənət sahələrində sınamışdır (siyasətçi, ixtiraçı, alim, musiqiçi, iş adamı və yazıçı) və bir çox qabaqcıl nəticə və nailiyyətlərə də imza atmışdır.
Franklinin vəfatının 223-cü il dönümündə Business Insider siyasətçinin ən müxtəlif mövzu və səbəblərlə bağlı söyləmiş olduğu ən maraqlı tövsiyə və sitatları yığmağa çalışmışdır. Bu sıraya zəhmət, işgüzar etika və karyera məsələlərini də qeyd etmək olar.
“Hələ tənbəllər yatarkən yeri şumlamağa başla, onda həm satış üçün, həm də özün üçün qarğıdalı yığa biləcəksən”.
Franklin yazırdı ki, hər gün səhər saat 4:00-da yuxudan dururdu. Bir çox uğurlu CEO-lar bu nümunəyə əməl edirlər, onların sırasında General Electric-dən Cef immelt və General Motors-dan Den Akerson da vardır. Səhər yuxudan durmağı asanlaşdırmaq üçün axşamlar kofeindən imtina etmək və yuxudan əvvəl bütün elektron qadcetlərdən kənar dayanmaq lazımdır. Bundan əlavə telefonda və ya saatda zəng qurarkən asan mexanizmdən istifadə etməyin ki, onu söndürmək sizə asan başa gəlməsin.
“Əgər daha çox dincəlmək istəyirsənsə vaxtını daha diqqətlə planlaşdır”
Əgər işi bitirmək istəyirsənsə, onu tamamlamaq, başa çatdırmaq lazımdır. Bu isə o deməkdir ki, iş saatlarından daha effektiv istifadə etmək gərəkdir və həmişə əvvəlcə iş haqqında düşünmək, daha sonra isə istirahət haqqında fikirləşmək lazımdır.
Cavan ikən, Franklin “həddindən çox işləyirdi və Filadelfiyada sakinləri onu gənc, çalışqan biznesmen kimi tanıyırdılar”.
“Əgər sən nökər olsaydın və sahibin sənin avaralıq etdiyin anda tutsaydı, məgər sən məyus olmazdın? Onda əgər sən sahibsənsə, heç olmasa öz işsizliyindən (fəaliyyətsizliyindən) utan”
Ən yaxşı motivasiya üsulu sevimli bir rəhbər və ya ustaddan ötrü çalışdığını və onu heç cürə məyus etmək istəmədiyini təsəvvür etməkdir.
Franklinin nə vaxtsa işsiz dayandığını təsəvvür etmək çətindir. Siyasətdəki nailiyyətlərdən savayı, o, həm də ixtiraçı kimi görkəmli nəticələrə nail olmuşdu, o ikifokuslu eynəkləri və ildırım keçirici cihazı kəşf etmişdir.
“Aclıq zəhmətkeş insanın evinə sadəcə baş çəkə bilir, amma içəri daxil olmağa cürəti çatmaz”
Lazımı qədər təminatlı ailədə doğulmasına baxmayaraq, Franklin erkən gəncliyində valideyn ocağını tərk edir ki, müstəqil yaşasın və dövrünün ən görkəmli şəxsiyyətlərindən biri olmaqla nəinki öz ölkəsində, həm də bütün dünyada tanınır.
“İki dovşan arxasınca qaçan insan, sonda heç birini tuta bilmir”.
Franklin özünü dəfələrlə müxtəlif peşələrdə sınasa da, o, həmin dövrlərdə, diqqətini məhz məşğul olduğu işə cəmləməyi çox yaxşı bacarırdı və müəyyən zaman kəsiklərində diqqətini konkret bir sahədə fokus edə bilirdi.
“Mənə de və mən unudacağam, məni öyrət və mən yadda saxlayacağam, məni də cəlb et və mən öyrənəcəyəm”.
Formal təhsilə o qədər də yaxşı münasibət bəsləməməsi onun məktəbi erkən yaşlarında tərk etməsinin çoxsaylı səbəblərindən biridir. Bunun əvəzinə o, köhnə qaydada öyrənməyi daha çox üstün tutur: o, dəmirçixanada atasının yanında usta köməkçisi və tipoqrafiyada qardaşı Ceymsin yanında çalışır.
Franklin 17 yaşında təhsilini başa vurur və Filodelfiyada sərbəst yaşamağa başlayır, o cəhd etmək və səhvlər üzərində öyrənmək metodu əsasında həyatdan dərs alır, çox şey öyrənirdi.
“Bu gün edə biləcəyin işi sabaha saxlama”
Ona görə də işləri təxirə salmaq bu qədər təhlükəlidir. Böhran, görüş və ya şəxsi problem günün əhəmiyyətli dərəcədə bir hissəsini ala bilər. Əgər bir işi bu gün görmək imkanınız varsa, onu heç zaman sabaha təxirə salmayın.
Franklinin iş qrafiki onun nə dərəcədə məşğul olmasının əyani sübutudur: o yuxudan çox erkən qalxır və gün ərzində davamlı və çox sıx iş qrafikinə malik olurdu. Bundan əlavə o hər axşam özünün bütün nailiyyətlərini və yalnışlıqlarını analiz edirdi.
“Nəzarətsiz buraxılmış işçi, kimsəsiz buraxılmış pulqabı kimidir!”
Araşdırmalar göstərir ki, hətta kiçik bir oğurluğa məhəl qoymamaq, iri qarətlərlə nəticələnə bilər. İş yerində dürüst və etibarlı ortamın yaradılması daimi zəhmətkeşlik və alın təri bahasına mümkün olur.
“Topuq burxulması sağala bilər, amma təsadüfən deyilmiş fikir elə bir iz qoyar ki, insan heç zaman özünə gələ bilməz”.
“Qılınc yarası sağalar, söz yarası sağalmaz” – digər sözlərlə, insanlar haqqında xoşagəlməz nəisə söylədikdə çox ehtiyatlı ol. İş yerində edilən qeybət və şayiələr həmişə pis qurtarır. Əgər müzakirə ediləsi nəisə varsa, bunu həmin insanla bir-başa et.
Franklinin digər bir aforizmi bu fikri tamamlayır: “Heç zaman heç kəs haqqında pis heç nə danışma, tanıdığın bütün insanlar haqqında yaxşı sözlər söylə”.
“Rəhbərliklə təvazökar davranmaq – borc, səninlə bərabər insanlarla təvazökarlıq – nəciblik, tabeliyində olanlarla təvazökarlıq isə – minnətdarlıq nümunəsidir”.
İlk növbədə, təvazökar – insanların xoşuna gəlmək üçün yaxşı üsuldur. İkincisi əgər səni əhatə edən insanlardan nəisə öyrənmək istəyirsənsə təvazökar olmaq çox zəruridir –istər bu rəhbər olsun, istər stajor.
“Heç nə böyük miqdarda həzz qədər əzab-əziyyət gətirmir; məhdudiyyətsiz azadlıq qədər heç nə insanı özünə belə möhkəm bağlamır”.
Böyük seçim şansının olması – nəzəri baxımdan yaxşı səslənir, amma əslində bu insanı iflic edir, qətiyyətsizlik və stressə sürükləyir. Balans hər şeydən yaxşıdır.
“Hər bir vətəndaşın məsuliyyəti – hökumətə suallar verməkdir”.
Franklin elə bir fəlsəfə formalaşdırır ki, o başlanğıcda Amerikanın mahiyyətini müəyyən edir, inqilaba haqq qazandırır və sistemi islahatların keçirilməsinə hazırlayır.
Bu həm də sizin karyeranız üçün yaxşı məsləhətdir. Bir əməkdaş kimi siz rəhbərliyə kompaniyanın strukturunun və istehsalın yaxşılaşdırılması üzrə tövsiyələr verməlisiniz.
“Bu dünyada ən nəcib sualdır: mən yaxşı nə edə bilərəm?”
Puritan tərbiyəsi sayəsində Franklin həmişə bu keyfiyyətləri yüksək qiymətləndirib: zəhmətsevərlik, dürüstlük və ürəyiyumşaqlıq, həmçinin eqalitarizm (mülkiyyətin fərdi təsərrüfat əsasında bərabərləşdirilməsini təbliğ edən nəzəriyyə). İnsanları təkcə pul deyil, həm də digərlərinə müsbət təsir etmək imkanının olması ilə motivasiya etmək olar.
“Əgər sizin çətin günləriniz başlayıbsa –hərəkət etməyə davam edin”.
Digər sözlərlə, daha yaxşı olana qədər, irəli getməkdə davam edin. Heç zaman təslim olmayın.