Səhər 80 qəpiyə satılan AI-95, gecənin qaranlığında 13 qəpik bahalaşdırılıb.
Aprelin 4-də axşam saatlarında AI-95 markalı benzin bahalaşdırılıb. Səhər saatlarına qədər 80 qəpikdən satılan AI-95 Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.
Verilən məlumata görə, dünəndən etibarən AI-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılıb. Bu səbəbdən də qiymət artımı baş verib.
Yanacaqdoldurma stansiyalarından bildiriblər ki, bu, Nazirlər Kabinetinin verdiyi qərara görə həyata keçirilir.
Qeyd edək ki, Aİ-93 markalı benzinin qiymətində dəyişiklik qeydə alınmayıb.
ANS PRESS