İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd divarla ABŞ, Böyük Britaniya, Fransa və SSSR mühasirə olunmuşdu. Ümumi düşmən üzərində qələbədən sonra Sovet İttifaqı və NATO arasında qarşıdurma bütün gücü ilə güclənməyə başlayır. Tezliklə Almaniya və Berlin ümumilikdə iki düşərgəyə – ADR (Almaniya Demokratik Respublikası) və AFR (Almaniya Federativ Respublikası) bölünür.
İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zərər əldə edir.
13 avqust 1961-ci il tarixində divarın inşa edilməsinə başlanılır. Divarın tikintisi və tam təmin edilməsi 1962-ci ildən 1975-ci ilə qədər davam edir və 1975-ci ildə son görünüşünə sahib olur.
Berlin divarı hündürlüyü 3,60 m olan beton hissələrdən ibarət idi və yuxarıdan keçilməz silindirli baryerlərlə təmin edilmişdi. Divardan əlavə, yeni gözətçi qüllələri də inşa edilmişdi.
80-ci illərin sonuna yaxın isə videokameraların, hərəkət ötürücülərinin və hətta uzaqdan idarəetmə sisteminə sahib silahların quraşdırılması planlaşdırılırdı. Əslinə qalsa isə bu divar elə də keçilməz deyildi.
Verilən rəsmi məlumatlara görə 1961-ci ilin 13 avqustundan 1989-cu ilin 9 noyabrına qədər Qərbi Berlinə və yaxud AFR-ə 5075 uğurlu qaçış həyata keçirilib. ADR rəhbərliyi isə tabeliyində olan insanları pul qarşılığında azadlığa buraxırdı.
12 iyun 1987-ci il tarixində ABŞ prezidenti Ronald Reyqan Berlinin 750 illiyi ilə bağlı Branderburg-da çıxışı zamanı Mixail Qorbaçovu divarın sökülməsinə səsləyir. Qorbaçov isə Reyqanın təklifinə razılıq verir, lakin 2 ildən sonra. 1990-cı ilin oktyabr ayında Berlin divarı dağıdılır. Onun yalnız kiçik bir hissəsi gələcək nəsillərə xatirə olaraq saxlanılır.