15 C
Baku
Friday, March 29, 2024

Berlində qadın ilk dəfə mer seçilib

Almaniyanın keçmiş Ailə naziri Fransiska Qifay Berlinin meri seçilib.

Tarixdə ilk dəfə Berlinə qadın mer rəhbərlik edəcək.

Angela Merkelin dövründə ailə naziri işləmiş Qifay prioritetlərini açıqlayıb. Yeni mer şəhərdə mümkün qədər çox ev tikiləcəyini bildirib. O, mənzil probleminin dərinləşməsində tikinti şirkətlərini ittiham edib.

Qifay bildirib ki, paytaxt əhalisinin 85%-i kirayədə yaşayır. Berlində yeni evlərin tikintisi Paris və Londonla müqayisədə çox ləng gedir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər