Fransanın LVMH şirkətinin sahibi olan milyarder Bernard Arno dünyanın ən varlı adamı olub, bu barədə “Bloomberg” məlumat yayıb. “Bloomberg Billionaires Index”ə götə, 73 yaşlı Arno 170.6 milyard dollar, 51 yaşlı İlon Mask isə 163.1 milyard dollar sərvətə sahibdir.
Qeyd olunur ki, Maskın sərvətinin azalması dəyərinin 50%-ni itirən “Tesla” səhmləri ilə bağlıdır.
Eyni zamanda, Arno uzun müddətdir ki, dünyanın ən zəngin adamları siyahısında yüksək yer tutur, lakin onun sərvəti heç vaxt amerikalı texnoloji milyarderlərinki qədər sürətlə artmayıb.