Ötən il adını və təşkilati-hüquqi formasını dəyişərək BEST-Tarım MMC-yə çevrilən “BETA” Firması qapalı fəaliyyət göstərəcək.
Banker.az xəbər verir ki,”Best-Tarım” MMC təşkilati-hüquqi forması dəyişərək Best-Tarım QSC-yə çevrildiyini elan edir.
Xatırladaq ki, “BETA” Firması 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 000 USD və qanuni təmsilçisi Hasan Ugurdur.
Onu da qeyd edək ki, aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunmuşdur. Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilmişdir.