6 C
Baku
Sunday, December 15, 2024

Beyin üçün ən lazımlı və qəribə məşqlər

1936-cı ildə amerikalı yazıçı Doroti Brand öz «Wake Up and Live» kitabında beyini məşq etdirmək və ağlı daha iti etmək üçün bir neçə maraqlı tapşırıqlar təklif etmişdir. Bu tapşırıqlar sizi sahib olduğunuz adi mühitdən çıxarmaq və sizə digər bir perspektiv qazandırmaqdır. Bu ələlxüsus insanda yaradıcılıq qabiliyyətinin inkişaf etməsinə yardım edir.

Budur bu tapşırıqlar ilə tanış ola bilərsiniz.

1. Gün ərzində öz ətrafınızda 1 saat heç nə danışmayın, sadəcə birbaşa verilən suallara cavab verin. Lakin bununla belə incimiş təəssüratı yaratmayın. Bacardığınız qədər özünüzü həmişəki kimi aparın. Heç bir şərh verməyin və sizdən kiminsə informasiya almasına yol verməyin.

2. Gün ərzində 30 dəqiqə yalnız bir predmet haqqında düşünün və fikrinizi başqa heç bir şeyə yönəltməyin. İlk olaraq 5 dəqiqədən başlaya bilərsiniz.

3. Gün ərzində “mən, mənə, mənim” sözlərini işlətmədən ünsiyyət qurun.

4. İnsanlarla dolu istənilən məkanın qarşısında dayanın və onun ölçüsünü qiymətləndirin.

5. Yeni tanışınıza imkan yaradın ki, özünün də fərqi olmadan yalnızca özü haqqında danışsın. Nəzakətli suallarla onu əsas qarşılıqlı söhbətə elə qaytarın ki, o heç bir mənfi hal hiss etməsin.

6. Öyünmədən, gileylənmədən və müsahibinizi darıxdırmadan yalnızca özünüz haqqında danışmağa çalışın.

7. Gün ərzində 2 saatlıq ciddi plan hazırlayın və mütləq olaraq bu plana riayət edin.

8. Özünüzü qəfil 12 tapşırıq verin, məsələn: heç bir xüsusi vasitədən istifadə etmədən evdən 20 kilometr məsafəyə getmək; qidasız 12 saat yol getmək; ən gözlənilməz və uyğun olmayan bir yerdə nahar etmək; suallara cavab vermək istisna olmaqla gün ərzində heç nə danışmamaq; bütün gecə yatmamaq və işləmək.

9. Gün ərzində bütün suallara və təkliflərə “hə” cavabı vermək (əlbəttəki məntiqli suallara).

Bu tapşırıqlar axmaq və lazımsız təsir bağışlaya bilər, əslində isə onlar həyatınıza nə isə yeni bir şey qazandıra bilər və özünüzü tanımağınıza yardımçı ola bilər.

Son xəbərlər
Digər xəbərlər