13 C
Baku
Sunday, September 29, 2024

Beyin üçün ən xeyirli məhsullar

Çay. Təzə dəmlənmiş yaşıl yaxud qara çay katehin maddəsi ilə zəngin olduğu üçün insan beyninə çox faydalıdır. Yəqin hər birinizdə yorğunluq və halsızlıq halları olur. Məhz bunun səbəbi beyində katehinin azalması ola bilər. Bu maddə ağılın iti olmasına və beyinin normal işinə çox kömək edir. Katehin maddəsi beyinin iş qabiliyyətini qorumaqla yanaşı, onun dincəlməsinə də müsbət təsir göstərir.

Yumurta. Yaşla əlaqədar olaraq beyin geriləməyə başlayır. Bu beyinin atrofiyası adlanır. İnsanların bəziləri öz bədənlərinin bir hissəsinin gücdən düşməsinə normal yanaşır. Lakin beyinin fəaliyyətinin azalması ilə heç kim razılaşa bilməz. Bu proses təbii olsa da, yumurta yeyərək bununla mübarizə aparmaq mümkündür. Məsələ ondadır ki, yumurta B12 vitamini və lesitin ilə zəngindir. B12 vitamini Alzeymer xəstəliyinə səbəb olan beyin daralmasının qarşısını almağa kömək edir.

Giləmeyvə. Qaragilə hərəkət bacarıqlarını və ümumi təlim bacarıqlarını yaxşılaşdırır. Bu giləmeyvə beyin üçün ən faydalı hesab edilir. Buna görə də təəccüblü deyil ki, hazırda satışda tərkibində qaragilə olan məhsullar mövcuddur. Bir çox digər giləmeyvələr, məsələn, moruq və böyürtkən antioksidantlar ilə zəngindir. Bunlar da beyinin iş qabiliyyətini artırmaq üçün ideal vasitələrdir.

Balıq. Qida rasionunun tərkibində balıq məhsullarından geniş istifadə etmək sağlamlıq, xüsusən də beyin üçün faydalıdır. Balığın tərkibində insan sağlamlığı üçün gərəkli xeyli miqdarda omeqa 3 var. Həftədə cəmi bir dəfə tərkibində balıq olan qida məhsulu qəbul etmək Alzeymer xəstəliyi şanslarını azaldır. Yağlı turşular beyinin fəaliyyətinə kömək edir.

Şokolad. Alimlər sübut etmişlər ki, kiçik bir şokolad parçasının tərkibində olan antioksidantlar bütün digər məhsulların tərkibindəkindən çoxdur. Kakaonun tərkibində aşkar edilmiş əsas antioksidant flavanoldur. Flavanol isə öz növbəsində beyinə qan dövranını yaxşılaşdırır. Adi ağ şokoladın tərkibində bu maddənin azlıq təşkil etməsi səbəbindən, ən yaxşısı tünd şokolad istifadə etməkdir.

Son xəbərlər
Digər xəbərlər