19 C
Baku
Monday, May 20, 2024

Beyləqana 8 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda müxtəlif layihələrin icrasına 8milyon manat ayırıb. Banker.az-a bu barədə məlumat Prezidentin rəsmi saytından daxil olub.

Sərəncamda deyilir: Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə 1,0 (bir) milyon manat ayrılsın.

Bundan əlavə, Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər