8 C
Baku
Sunday, December 22, 2024

Beynəlxalq Enerji Agentliyi “OPEC+” üzrə hasilat göstəricilərini qiymətləndirib

Razılaşmada iştirak edən “OPEC+” ölkələri 2024-cü ilin avqust ayında gündəlik neft hasilatını iyul ayı ilə müqayisədə sutkada 140 min barel azaldıb, lakin könüllü məhdudiyyətlər nəzərə alınmaqla planlaşdırılmış gündəlik hədəfdən 850 min barel artıq hasil ediblər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilir.

Hesabata əsasən, razılaşma çərçivəsində “OPEC+” ölkələri (18 ölkə – red.) tərəfindən könüllü azalmalar nəzərə alınmaqla gündəlik hasilatın hədəf səviyyəsi avqust ayı üçün 33,71 milyon barel təşkil edirdi, faktiki hasilat isə 34,56 mln. barel təşkil edib.

Qeyd olunur ki, gündəlik istehsal üzrə öhdəliklərini ən çox artıqlaması ilə yerinə yetirirlər sırasında İraq (470 min barel), BƏƏ (390 min barel), Rusiya (130 min barel) və Küveyt (110 min barel) yer alıb.

Xatırladaq ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Son xəbərlər
Digər xəbərlər