16 C
Baku
Friday, April 19, 2024

Beynəlxalq Valyuta Fondu (BVF)

Beynəlxalq Valyuta Fondu İkinci Dünya Müharibəsindən sonra yeni, daha sabit beynəlxalq iqtisadi sistem qurmaq və böyük xərcli səhvlərdən qaçmaq məqsədilə yaradılmışdı. 60 il ərzində BVF dəyişməyə və yenidən qurulmağa davam edirdi. Yarandığı ilk gündən o tarixə uyğun formalaşırdı və bu zaman iqtisadi və siyasi ideyalar da ona təsir edirdi.

BVF Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış orqanı olmasına baxmayaraq, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının işində də iştirak edir. Burada o müstəqil fəaliyyət göstərir və idarəetmə strukturu və maliyyədən ibarət nizamnaməsi var.

1944-cü ildə Bretton Woods konfransında yaradılan Beynəlxalq Valyuta Fondu:

  • pul-kredit sahəsində beynəlxalq əməkdaşlığa təşviq edir;
  • mübadilə məzənnələrinin sabitliyinə kömək edir və valyuta sahəsində qaydaları tənzimləyir;
  • çoxtərəfli ödəniş sistemlərinin qurulmasına və valyuta məhdudiyyətlərinin aradan qaldırılmasına kömək edir;

BVF “Xüsusi borcalma hüquqları” formasında beynəlxalq maliyyə ehtiyatları yaratmaq və öz üzvlərinə təqdim etmək səlahiyyətlərinə malikdir. Fondun maliyyə resursları üzv dövlətlərin abunəliyi (“kvota”) əsasında formalaşır. Kvota üzv dövlətlərin iqtisadiyyatlarının nisbi ölçüsünə əsaslanan düstur əsasında müəyyən olunur.

BVF-nun əsas maliyyə rolu ödəniş balanslarında çətinlik çəkən üzvlərə qısamüddətli kreditlərin verilməsidir. Fonddan borc alan üzvlər də öz növbəsində belə çətinlikləri yaradan səbəbləri aradan qaldırmaq üçün lazımı siyasi islahatlar keçirmək barədə razılığa gəlirlər. BVF-dan əldə edilən kreditlərin həcmi kvotaya mütənasib şəkildə məhdudlaşır. Fond həmçinin aşağı dərəcəli gəlirlərə malik üzv-dövlətlərə də güzəştli şərtlərlə yardım təşkil edir.

Fondun idarəetmə orqanı – İdarə Heyətidir. Hər il toplanan bu İdarə Heyətində bütün üzv dövlətlər iştirak edir. Gündəlik işlərə 24 üzvdən ibarət İcraedici şura rəhbərlik edir. İdarə Heyətinin tərkibinə daxil olan 24 üzvlü Beynəlxalq pul-maliyyə komitəsi öz səlahiyyətlərinə daxil olan məsələlər barədə Şuraya məsləhətlər verir.

Beynəlxalq Valyuta Fondunun nəşrləri World Economic Outlook və Global Financial Stability Report ildə iki dəfə nəşr edilir.

Son xəbərlər
Digər xəbərlər