18 C
Baku
Tuesday, April 23, 2024

Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspert qrupu danışıqlar aparmaq üçün İrana gəlib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlər qrupunun İranın üç elan edilməmiş obyektində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyinə dair araşdırma aparmaq üçün Tehrana səfəri başlayıb.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin beş nəfərdən ibarət nümayəndə heyəti İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi ilə yeni danışıqlar aparmaq üçün Tehrana gəlib”, – məlumatda deyilir.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami dekabrın 14-də bildirib ki, BAEA nümayəndələri yaxın vaxtlarda Tehrana səfər edəcəklər. Həmin gün “Əl-Ərəbiyyə” telekanalı BAEA-nın rəsmi nümayəndəsinin bəyanatına istinadən xəbər verib ki, agentliyin ekspertləri dekabrın 18-də İrana gedəcəklər.

Bildirilib ki, səfər zamanı tərəflər İranın “Nüvə silahının yayılmaması haqqında” müqavilədə nəzərdə tutulan təminatlar üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər