7 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Bank “Bakı Marafonu 2016”-ın sponsorudur

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir. Bu barədə ABB-dan Banker.az-a məlumat daxil olub.

Korporativ Sosial Məsuliyyət layihələrində idmana xüsusi yer verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirə sponsorluq dəstəyi göstərəcək. Dövlət Bayrağı Meydanından start götürəcək yarı marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Marafona 16 yaşdan yuxarı hər bir kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Əlavə məlumatı bu bölmədən əldə etmək mümkündür: www.bakumarathon.az

Son xəbərlər
Digər xəbərlər