9 C
Baku
Wednesday, December 11, 2024

Beynəlxalq Bank filiallarla bağlı məsələyə rəsmi açıqlama verdi

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidməti Bankın, haqqında cinayət işi açılmış bir neçə filialı ilə bağlı məsələyə aydınlıq gətirib. Mətbuat xidmətinin açıqlamasına görə, həmin filiallar Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Qaradağ filiallarıdır.

Bankdan Banker.aza açıqlamada bildirlir ki, bu filiallarla bağlı araşdırmaların aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ABB özü müraciət edib. Belə ki, Bankın müvafiq nəzarət orqanlarının ötən ilin martından oktyabr ayına qədər olan müddətdə apardığı audit və digər xarakterli yoxlamalar zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb. Bu qüsurlar müvafiq normaların, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində Banka ziyan dəyməsi ilə bağlı olub. Həmin pozuntulara yol vermiş əməkdaşlar dərhal işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər ABB tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib.

Digər xəbər: INNAB endirimli Rus dili kursu təklif edir!

Açıqlamada o da qeyd edilir ki, Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin qanunvericiliyə uyğun qurulmasında, mövcud nöqsan və çatışmazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasında, şəffaflığın təmin olunmasında maraqlıdır. Bank mərkəzi və yerli struktur bölmələrinin fəaliyyətində yol verilən hər hansı hüquqazidd hallara qarşı bundan sonra da prinsipiallıq nümayiş etdirəcək, qanunvericiliyin tələbələrini əsas tutacaq, müştəri etimadını qorumaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışacaq.

 

Son xəbərlər
Digər xəbərlər