3 C
Baku
Saturday, December 14, 2024

Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynovun həbs müddəti uzadıldı

Nərimanov rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Adil Hüseynovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, noyabrın 25-də keçirilən məhkəmə iclasında A. Hüseynovun həbs müddətinin 2 mart 2016-cı il tarixinə qədər uzadılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddətinin uzadılmasına bir müddət əvvəl başlanılıb. Həmin iş üzrə saxlanılan şəxslərin həbs müddəti məhkəmənin qərarı ilə uzadılıb.

Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələrinə əsasən cinayət işi başlanılıb. Bankdan yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları – Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov,Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov və digər bir neçə nəfər həbs olunub.

Bundan əlavə bankın sabiq rəhbəri Cahangir Hacıyev də istintaqa cəlb olunub. O, iş üzrə bir neçə dəfə ifadə verib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər