Banker.azın bu gün verdiyi məlumata görə, Beynəlxalq Bankda müəyyən kadr dəyişiklikləri olmuşdur. Bu kadr dəyişikliklərindən ən vacibi banka yeni direktorun təyin edilməsi olmuşdur. Bu vəzifəyə Hidayət Sultanov təyin edilmişdir. Hidayət Sultanov bundan əvvəl Baş Dövlət Vergi Müfəttişliyinin sədr müavini, “Lukoyl” neft şirkətində müşavir olub.
Bankda bu sayca 3-cü baş direktor vəzifəsidir. Digər iki vəzifədə olan Elmir Həbibullayev və Fuad İslamov öz vəzifələrində qalırlar.