13 C
Baku
Monday, May 6, 2024

Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilir.

Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1.8 mln. barel artaraq (öncəki proqnoza görə – 1.7 mln. barel), 101.9 mln. barelədək çatacaq.

Qeyd olunur ki, qlobal neft hasilatının artımı ABŞ, Braziliya və İran hesabına mümkün olacaq.

Agentlik 2024-cü ildə gündəlik qlobal neft tədarükünün 1.2 mln. barel artaraq 103.2 mln. barel çatacağını ehtimal edir (öncəki proqnoz – müvafiq olaraq 1.6 mln. barel və 103.4 mln. barel).

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər