2022-ci ildə Rusiyanın ümum daxili məhsulu (ÜDM) son məlumatlara görə, 2.1% azalıb, baxmayaraq ki, 20%-ə qədər azalma proqnozlaşdırılırdı.
Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
“Rusiya Federasiyası sanksiyalar fonunda iqtisadiyyatı dəstəkləmək üçün emissiya hesabına deyil, möhkəm bazar əsasında 1 trilyon rubldan çox vəsait yönəldib”, deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Federasiyasının beynəlxalq hesablaşmalarında rublun payı 2021-ci ilin dekabr ayı ilə müqayisədə iki dəfə artıb.
Putin qeyd edib ki, dollar və digər Qərb valyutaları Qərbin özünün siyasəti nəticəsində universal xarakterini itirəcək.