-3 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq iqtisadi biliklər Azərbaycana gətirilir – 268 min manatlıq kitablara xərc

Bu üç kitab aparıcı beynəlxalq universitetlərdə geniş istifadə edilir və bir çox dillərə tərcümə edilmişdir. Bu kitablar universitetlərin iqtisadiyyat fakültələrindəki tələbələrin və müəllimlərin, habelə iqtisadi nəzəriyyələr, siyasətlər və inkişaflar üzrə ixtisaslaşan daha geniş auditoriyanın istifadə etməsi məqsədilə ilk dəfədir Azərbaycan dilinə tərcümə edilib.

Banker.az xəbər verir ki, bu barədə BP-Azerbaijan-nın mətbuat katibliyi açıqlama yayıb.

Sözügedən kitablar aşağıdakılardır:

  • Beynəlxalq İqtisadiyyat: Nəzəriyyə və siyasət (müəlliflər: Pol R. Kruqman, Mauris Obstfeld və Mark J. Melitz);
  • Makroiqtisadiyyat (müəllif: Olivier Blanşar);
  • Mikroiqtisadiyyatın əsasları (müəlliflər: Karl E. Keys, Rey C. Feyr və Şaron E. Oster).

Bu üç kitabın təqdimat mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi, BP Azərbaycana beynəlxalq bilik və təcrübənin ötürülməsinə yardım edən fəaliyyətlərə dəstək verməkdən qürur duyur. Bu təşəbbüs BP-nin Azərbaycandakı sponsorluq siyasətinin prioritet sahələrindən biri olan təhsilə göstərdiyimiz dəstək çərçivəsində həyata keçirilib. Azərbaycan dilində nəşr edilməsi üçün seçdiyimiz bu kitablar dünyanın aparıcı universitetlərində geniş istifadə edilir və bu da, bizim iqtisadiyyat sahəsində tədris edən və təhsil alan hər bir kəsə töhfəmizdir. Faktiki olaraq, bu kitabları tərcümə və çap etməklə biz iqtisadiyyat fakültələrindəki tələbələrə və müəllimlərə dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkan yaratmışıq. Biz Azərbaycana təhsil sahəsində ən qabaqcıl beynəlxalq bilikləri, nailiyyətləri və təcrübəni gətirmək məqsədilə yerli universitetlərə dəstək verən bu təşəbbüsün davam edəcəyinə ümid edirik.”

BP-nin yerli universitetlərə hədiyyəsi olan bu kitabları həmçinin yerli kitabxanalar və əlaqədar təhsil müəssisələri vasitəsilə bütün maraqlanan şəxslər də əldə edə biləcəklər.

Üç kitabın tərcümə və çap xərcləri ümumilikdə təxminən 268 000 AZN təşkil edib.

Son xəbərlər
Digər xəbərlər