6 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq Kommersiya Arbitrajı Şurasına Azərbaycanlı hüquqşünas üzv seçilib

Qürurverici haldır ki, Beynəlxalq Kommersiya hüquqşünası kimi tanınmış Toğrul Quluzadə 18 Oktyabr 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən və dünyanın müxtəlif ölkə hakimlərinin, görkəmli hüquqşünaslarının və elm adamlarının yer aldığı Beynəlxalq Kommersiya Arbitrajı Şurasına ən gənc hüquqşünas olaraq üzv seçilmişdir.

Belə ki, çox sevindirici haldır ki, bununla da BMT və digər beynəlxalq təşkilatlar tərəfindən gələcəkdə kommersiya və arbitraj hüququ sahəsində beynəlxalq hüquq normalarının, başqa sözlə, beynəlxalq konvensiyaların hazırlanmasında Azərbaycan tərəfindən hüquqşünas – ekspert kimi Toğrul Quluzadə də iştirak edəcək.

Onu da qeyd edək ki, Toğrul Quluzadə həmin şurada Azərbaycan tərəfindən yeganə nümayəndədir.

Toğrul Quluzadə uzun müddət Bakı Hüquq Mərkəzində işləmiş və hal-hazırda Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin hüquq departamentinin direktoru vəzifəsində işləyir, Belçika Krallığının Qent Universitetinin və Almaniyanın Köln Arbitraj Akademiyasının məzunudur. Həmçinin, Azərbaycan universitetlərində hüququn bir sıra sahələri üzrə pedoqoji fəaliyyətlə də məşğuldur.

Bu münasibətilə Toğrul Quluzadəni təbrik edir və işlərində uğurlar arzu edirik.  

Son xəbərlər
Digər xəbərlər