15 C
Baku
Monday, May 20, 2024

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən ili zərərlə başa vurub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 2022-ci ili 103 manat zərərlə bağlayıb. Halbuki, BMTM 2021-ci ili 10 min 514 manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas əməliyyat gəlirləri 1 milyon 952 min manat (əvvəlki ilə nisbətən 7.3% çox) təşkil edib.

Bu il yanvarın 1-nə qurumun aktivləri 5 milyon 113 min manat, o cümlədən öhdəlikləri 232 min manat, cəmi kapitalı isə 4 milyon 881 min manat təşkil edib.

BMTM ölkə prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 4,871 milyon manatdır. Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən proseslər və təhlükəsizliklə əlaqədar məsələləri tədqiq etmək, həmçinin müvafiq olaraq ölkənin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir.

b1 b2 b3 b4

Son xəbərlər
 ⁠
Digər xəbərlər