-1 C
Baku
Saturday, December 14, 2024

Beynəlxalq Qızıl Xaç Komitəsi maliyyə çatışmazlığı ilə üzləşib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) maliyyə çatışmazlığı səbəbindən 1.8 minə yaxın əməkdaşını ixtisar edəcək və dünya üzrə 350 ofisindən 26-nı bağlayacaq.

Bu barədə BQXK-nin Cenevrədəki qərargahı məlumat yayıb.

“Təşkilatın 2023-2024-cü illər üçün büdcəsi 430 milyon frank (477 milyon dollardan çox) azaldığı üçün təxminən 1500 iş yerinin ləğv edilməsi və 20 ofisinin bağlanması planlarını açıqlamışdı. İndi isə daha çox maliyyə qənaətinə ehtiyac var”, – məlumatda deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər