6 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq səviyyəli tanınmış psixoloqdan özünüzü tanımağa kömək edən HİKMƏTLİ SÖZLƏR

Həkim psixoterapevti Mixail Litvak beynəlxalq səviyyəli ən tanınmış psixoloqlardan biridir. O, ilk dəfə “Psixoloji aykido” – münaqişələrin həlli sistemini işləyib hazırlayıb və onu ilk dəfə praktikada tətbiq etməyə başlayıb.

Banker.Az bu yazıda oxucuları psixoloqun məsləhətləri ilə tanış edir. Onlar sizə həyati məsələlərin həllində kömək edəcək.

Əgər insan özü haqqında yaxşı heç nə danışa bilmirsə, amma danışmaq istəyirsə, onda o başqaları barədə pis danışmağa başlayır.

Nə isə gəmirmək istəyirsənsə, mərmər daşını gəmirin, yaxının boğazını yox.

Depressiya insan üçün ona görə mövcuddur ki, o, özü haqqında düşünə bilsin.

Heç kim heç kimi tərk etmir, sadəcə kimsə irəli gedir. Qalan adamsa elə düşünür ki, onu tərk ediblər.

Əgər siz özünüz haqqında müsbət fikirdəsinizsə, onda başqalarının da haqqınızda yaxşı düşünməsi nəyinizə lazımdır ki?

Nə istəyirsinizsə, onu da edin və icazə almayın. Birdən imtina edərlər.

Sevmək bacarığı və tənhalığı yaxşı keçirtmək mənəvi kamilliyinin göstəricisidir. Biz tək qalanda çox yaxşı işlər görə bilirik.

Yetkin olmayan şəxsiyyət çox bilir, amma bacarmır. Yetkin insan bilir, həm də bacarır. Odur ki, yetkin olmayan şəxsiyyət tənqid edir, yetkin isə edir.

Uğura gedən yolu bilmirəm, amma uğursuzluğa aparan yolu bilirəm. Bu, hər kəsin xoşuna gəlmək istəyidir.

Qadın və kişi məntiqi yoxdur, ağılla düşünməyi bacaran və bacarmayan var.

Özünün ən güclü düşmənini görmək istəyirsən? Onda güzgüyə bax. Əsas onunla məşğul ol, qalanları dağılacaq.

Münasibətlərin pozulmasının və işdən çıxmağın yeganə üzrlü səbəbi – mövcud olan şərtlər altında şəxsi inkişafın qeyri-mümkünlüyüdür.

Sevincini dostların da, düşmənlərin də paylaş. Dost sevinəcək, düşmən kədərlənəcək.

Xoşbəxtlik dalınca qaçma, onun olduğu yeri tapın. Onda xoşbəxtlik özü səni tapacaq. Xoşbəxtliyinin harda olduğunu deyə bilərəm – bu, sən özünsən. Ona aparan yol bütün bacarıqlarının maksimum inkişafıdır.

Əgər kiməsə nə isə sübut etməyə çalışırsansa, deməli, sübut etməyə çalışdığın adam üçün yaşayırsan. Əgər özün üçün yaşayırsansa, onda sənin heç kimə heç nə sübut etməyinə gərək yoxdur.

Arzular bacarıqlarımızın səsidir. Məsələn, mən opera səhnəsində oxumağı arzulamıram. Nə səsim var, nə də musiqi duyumum. Əgər arzu etsəydim, nəticədə bacarıqlarım bu arzunu dəstəkləyərdi. Heç olmasa operaya daxil olmağa çalışardım. Sadəcə bu arzunu necə həyata keçirə biləcəyimiz haqqında düşünmək yetərlidir. Əsas odur ki, tələsməyəsən, onda hər şey kifayət qədər tez alınacaq.

Boş insanla müqayisədə boş kitabla ünsiyyət qurmaq daha yaxşıdır. (publika.az)

Son xəbərlər
Digər xəbərlər