2 C
Baku
Saturday, December 14, 2024

Beynəlxalq Sığorta Şirkəti tenderin qalibi oldu

“Beynəlxalq Sığorta Şirkəti” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderin qalibi olmuşdur. BSŞ-dən verilən məlumata görə Şirkət “Aqrolizinq”in aldığı 5 min baş cins mal-qaranı və mineral gübrələri sığortalayacaq.

Cins mal-qaranın sığortalanması üçün imzalanacaq sığorta müqaviləsinin sığorta haqqı 1 milyon 211 854 manat olacaq. Mineral gübrənin sığortalanması üzrə isə sığorta haqqı 100.343 manat təşkil edəcək.
Son xəbərlər
Digər xəbərlər