Qara istiot bütün dünyada qurudulur və ədviyyə olaraq istifadə edilir. Bu ən geniş yayılmış ədviyyat növlərindən biridir. Lakin qədim zamanlarda bu ədviyyat o qədər yüksək qiymətləndirilirdi ki, pula bərabər tutulur və beynəlxalq valyuta qismində istifadə edilirdi.
V əsrdə vestqotların kralı I Alarih və hun hökmdarı Atilla Roma hökmdarından oraya hücum etməyəcəklərinin qarşılığı olaraq 1 tondan çox qara istiot tələb etmişdilər.