Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda ölən ermənilərin sayı 11-ə çatıb.
“Sputnik Armeniya” xəbər verir ki, bunu erməni icması açıqlayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 250 nəfər erməni xəsarət alıb.
Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 137 nəfər insan ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.