15 C
Baku
Saturday, April 20, 2024

Beyrutdakı partlayışdan sonra əhalinin ilk kütləvi etiraz aksiyası keçirilib

Beyrutdakı partlayışdan sonra əhali kütləvi etiraz aksiyasına başlayıb. Banker.az xəbər verir ki, verilən məlumata görə, parlament binasına keçməyə çalışan nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edilib.

Etirazçılar polis əməkdaşlarına daş və molotov kokteli etırdılar. Nəticədə hər iki tərəfdən xəsarət alanlar olub. Qeyd edək ki, bu, 4 avqust tarixində Beyrut limanındakı partlayışdan bəri ilk kütləvi etirazdır.

Son məlumatlara görə, faciə qurbanlarının sayı 149-a yüksəlib. Beş minə yaxın insan xəsarət alıb, 300 min insan isə evsiz qalıb. Partlayışın səbəbi qaynaq işləri zamanı altı il əvvəl gömrük xidmətləri tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın alovlanması olub.

Son xəbərlər
Digər xəbərlər