27 C
Baku
Saturday, July 27, 2024

BFB-də repo faizləri son 40 günün minimumuna düşüb

2 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 142,528,200 manat, repo faiz dərəcəsi 5,00%-6,80% təşkil edən bağlanılmış 22 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 5,00%, 1W AINAAO (6-8 gün) üzrə 6,69%, 2W AINAAO (13-15 gün) üzrə 5,38% təşkil etmişdir.

1D AINA AO üzrə gəlirlilikfevralın 13-dən bu tərəfə ilk dəfə 5%-ə düşüb

Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 6,78% təşkil etmişdir.
1D AZIR indeksi: Mərkəzi Bankın banklar arasında təqdim etdiyi təminatsız bir günlük kreditlər üzrə cəmi həcmi 353 mln. manat olan 14 əqd üzrə orta faiz dərəcəsi 6.55% təşkil edib. Bu AMB-nin faiz endirimi qərarından sonra 0.03 faiz bəndi gəlirlilik yüksəlib.

Son xəbərlər
Digər xəbərlər