2025-ci ilin yanvar – oktyabr ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Banker.az Birjaya istinadən xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 38 milyard 572 milyon manat dövriyyə ilə 1-ci, “ABB İnvest İnvestisiya Şirkəti” QSC 31 milyard 784 milyon manat dövriyyə ilə 2-ci, “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 5 milyard 225 milyon manat dövriyyə ilə 3-cü yeri tutub.


                                    





