9 C
Baku
Thursday, December 12, 2024

BFB-də qiymətli kağızların dövriyyəsi 7.55 mlrd. manata yüksəlib

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi  7 548 979 940  manat təşkil etmişdir.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 61%, dövlət qiymətli kağızların ticarət həcmində 111 %, repo əməliyyatları üzrə isə 148 % artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatları üzrə 59 % artım qeydə alınmışdır.

2024-cü ilin Mart ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,768,811,684 manat təşkil edib.

Bazarlar / Əməliyyatlar 01.01.2024-31.03.2024 01.01.2024-31.03.2024
 Əqdlərin həcmi (manatla)  Əqdlərin sayı Əqdlərin orta günlük** həcmi (manatla)  Əqdlərin orta günlük sayı
1. Dövlət qiymətli kağızları 2,200,356,769 771 40,006,487 14.02
1.1. İlkin bazar 1,645,493,940 301 29,918,072 5.47
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) 861,868,520 194 15,670,337 3.53
ARMB* qiymətli kağızları 783,625,420 107 14,247,735 1.95
1.2. Təkrar bazar 554,862,830 470 10,088,415 8.55
Dövlət istiqrazları 290,846,372 385 5,288,116 7.00
ARMB qiymətli kağızları 264,016,458 85 4,800,299 1.55
2. Korporativ qiymətli kağızlar 468,380,685 816 8,516,012 14.84
2.1. İlkin bazar 272,790,280 142 4,959,823 2.58
2.1.1. Səhmlər 6,251,050 2 113,655 0.04
2.1.2. İstiqrazlar 266,539,230 140 4,846,168 2.55
–  İpoteka istiqrazları 140,023,332 4 2,545,879 0.07
–  Digər istiqrazlar 126,515,898 136 2,300,289 2.47
2.2. Təkrar bazar 195,590,405 674 3,556,189 12.25
2.2.1. Səhmlər 1,077,767 519 19,596 9.44
2.2.2. İstiqrazlar 194,512,639 155 3,536,593 2.82
–  İpoteka istiqrazları 164,119,731 8 2,983,995 0.15
–  Digər istiqrazlar 30,392,907 147 552,598 2.67
3. Repo əməliyyatları 4,880,242,485 1,545 88,731,682 28.09
Dövlət istiqrazları üzrə 4,013,360,541 1,349 72,970,192 24.53
ARMB qiymətli kağızları üzrə 462,587,370 172 8,410,679 3.13
Korporativ qiymətli kağızlar üzrə 404,294,574 24 7,350,810 0.44
Cəmi (1+2+3) 7,548,979,940 3,132 137,254,181 56.95
  –  o cümlədən: ilkin bazar 1,918,284,220 443 34,877,895 8.05
  –  o cümlədən: təkrar bazar 750,453,235 1144 13,644,604 20.80
Son xəbərlər
Digər xəbərlər