1 C
Baku
Thursday, February 27, 2025

“Big Mac” indeksinə görə 1 dollar 1.08 manat məzənnədə olmalıdır

Nüfuzlu “The Economist” jurnalına görə, “Big Mac” indeksi Azərbaycanda manatın dəyərinin hələ də aşağı qiymətləndirildiyini göstərir.

Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bir “Big Mac” 6.24 manata satıldığı halda, ABŞ-də eyni burgerin qiyməti 5.79 dollar təşkil edir. Bu, manat üçün nəzəri məzənnənin 1.08 olduğunu göstərir. Lakin real məzənnə 1.70 olduğu üçün manatın 36.6% aşağı qiymətləndirildiyi hesab edilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə manatın dəyərində ciddi dəyişiklik qeydə alınmayıb. 2024-cü ilin iyulunda Azərbaycanda bir “Big Mac” 6.15 manata, ABŞ-də isə 5.69 dollara satılırdı. Həmin dövrdə nəzəri məzənnə yenə də 1.08 idisə, rəsmi məzənnə 1.70 idi və manat 36.4% dəyərindən aşağı hesab olunurdu.

“Big Mac” İndeksi qlobal valyutaların dəyərini müqayisə etmək üçün qeyri-rəsmi, lakin geniş istifadə olunan göstəricidir. Bu indeksə görə, Misir, İndoneziya və Tayvan (Azərbaycanda Çinin ərazisi kimi tanınır) valyutası müvafiq olaraq 56.6, 56.8 və 59.9 faiz daha ucuzdur. İsveçrə (41.8%), Uruqvay (24.3%) və Norveç valyutaları (18.9%) “Big Mac”a görə dəyərindən daha çox qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanda isə manatın indeksini ölçən real effektiv məzənnədir. REM keçən ay ümumi olaraq 126, qeyri-neft sektoru üzrə 121.5 bənd təşkil edib. Bu, öncəki ilin eyni dövründə 121.5 və 117.8 bənd idi.

Son xəbərlər
Digər xəbərlər