“The Economist” jurnalının dərc etdiyi “Big Mac” indeksinə görə, Azərbaycan manatı lazımı səviyyədə qiymətləndirilməmiş valyutalarının siyahısında dördüncü yerə yüksəlib.
Banker.az “The Economist”ə istinadən verdiyi məlumata görə, Azərbaycanda “Big Mac”ın qiyməti 4.5 manat, yaxud 2.65 dollar, ABŞ da isə 5.81 dollar təşkil edib. Bu göstəriciyə görə məzənnə 0.77 olmaldır, lakin faktiki 1.7 manat olması və təkklif olunan məzənnə arasında 54.4% fərq vardır. Yəni manat “Big Mac” indeksinə görə, dollara qarşı lazımı səviyyədən 54.4% daha az qiymətləndirilir.
Qeyd edək ki, 2021-ci ilin iyulunda “Big Mac” Azərbaycanda 3.95 manat, ABŞ-da isə 5.65 dollar təşkil edir. Bu göstəricilərə görə, məzənnə 0.7 manat olmalı idi, lakin faktiki (1.7 manat) və təklif olunan məzənnə arasında 58.9%-lik fərq mövcud idi.
Ümumi daxili məhsul nəzərə alınaraq tənzimlənmiş siyahıda isə bu göstərici 22.2%-dir (iyul 2021: 27.6%) və manat lazımı səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında 14-cü yerdədir (son buraxılışda 9-cu idi).
“Big Mac” indeksi 1986-cı ildə Britaniyanın “The Economist” tərəfindən ixtira olunan, maraqlı şəkildə valyutaların “düzgün” və ya olmalı olduqları səviyyəni müəyyən edən göstəricidir. Bu indeks alıcılıq qabiliyyəti pariteti nəzəriyyə üzərində qurulub. Lakin burada istehlak səbəti yerinə “McDonald’s” tərəfində istehsal olunan “Big Mac” burgeri nəzərə alınır.