İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi özəlləşdirilib.
Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərraclar rəqabətli keçib. Belə ki, start qiyməti 2.000 manat olan “Tofaş Şahin” markalı avtomobil 4 600 manata, 3 500 manat olan “Hyundai Getz” markalı nəqliyyat vasitəsi isə 5 200 manata satılıb. Bununla yanaşı, hərracda “Biləsuvar Broyler” ASC-nin 30,08 %-lik səhm paketi satılıb.