14 C
Baku
Saturday, November 23, 2024

Biləsuvar şəhərini və 8 kəndi birləşdirən körpünün istifadəyə veriləcəyi vaxt məlum olub

“Biləsuvarda 8 kəndi rayon mərkəzi ilə birləşdirən körpünün tikintisi gecikir və 15 günə yaxındır ki, burada işlər dayandırılıb”.

Bu barədə yerli sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, artıq iki aydır ki, körpünün tikintisinə başlanılıb: “Tezliklə açılışının olunacağı deyilsə də, təmir işləri yekunlaşmayıb. Körpüdə yalnız asfalt örtüyünün çəkilməsi qalıb. Lakin 15 günə yaxındır ki, burada heç bir iş aparılmır”.

Sakinlər bildiriblər ki, Biləsuvar şəhərini ikiyə ayıran Bolqarçay çayı üzərində yerləşən körpü həm şəhəri, həm də ətraf kəndləri birləşdirir: “Hər gün minlərlə sakin bu körpünün üzərindən keçirdi. Körpünün təmirə bağlanılması səbəbi ilə iki alternativ yoldan istifadə edirik. Bu yollardan istifadə zamanı isə əlavə 5-6 kilometr yol qət edirik ki, bu da həm əlavə xərc tələb edir, həm də vaxt itkisi ilə nəticələnir.

Sakinlərin iddiaları ilə bağlı “Report”un Muğan bürosuna açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, körpünün tikintisi reallaşıb və artıq yekunlaşmaq üzrədir.

A.Nəcəfli həmçinin qeyd edib ki, körpünün tikintisində hər hansı gecikmə yoxdur: “Körpünün tikintisinə ötən il noyabrın 15-də başlanılıb. Qısa müddət ərzində körpünün tikintisi reallaşıb və artıq yekunlaşmaq üzrədir”.

Onun sözlərinə görə, qış ayları olduğu üçün tökülən betonun quruması vaxt aparır: “Körpünün uzunluğu 24, eni 12,5 metrdir. Biraşırımlı körpünün hər iki tərəfində insanların rahat hərəkəti üçün piyada səkilərinin qurulması da nəzərdə tutulub. Körpüdə işlər artıq yekunlaşmaq üzrədir. Beton tökülüb və tökülən betonun quruması gözlənilir. Bir həftə ərzində orada işlər tam yekunlaşacaq və körpü sakinlərin istifadəsinə veriləcək” – A.Nəcəfli bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər