Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.