22 C
Baku
Friday, April 19, 2024

Bill Gates və Jeff Bezos istilik enerjinin inkişafına $12,5 milyonluq sərmayə yatırıblar

Jeff Bezos, Bill Gates və Jack Ma tərəfindən maliyyələşdirilən Breakthrough Energy Ventures fondu, Baseload Capital investisiya layihəsinə 12,5 milyon dollar sərmayə yatırıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Baseload Capital – atmosferdəki istixana effekti ilə mübarizə aparan və bərpa olunan enerji layihələrini maliyyələşdirən özəl investisiya şirkətidir. Şirkət aşağı temperaturlu geotermal enerjini bu problemin əsas həllərindən biri hesab edir.

Baseload Capital, Climeon İsveç layihəsinin texnologiyasından istifadə edərək, şirkətlərə geotermal elektrik stansiyalarının tikintisi üçün kapital qoyuluşları təqdim edir.

Şirkətin məlumatlarına görə, həcmi təxminən iki kubmetr olan Climeon modulları Avropanın 250 ev təsərrüfatını təmin edə biləcək 150 kVt elektrik enerjisi istehsal edə bilir. Breakthrough Energy Ventures sərmayələri, Baseload Capital şirkətinə dünyanın hər yerində elektrik stansiyalarının maliyyələşdirilməsinə və inkişaf etdirilməsinə kömək edəcək, TechCrunch qeyd edir.

Son xəbərlər
Digər xəbərlər