Bill Gatesin yaratdığı “Cascade Investment” holdinqi onun keçmiş yoldaşı Melindaya 500 milyon dollar dəyərində səhm verib. Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatına istinadən “Bloomberg” yazıb.
Bundan əlavə, Melinda Gates Meksikanın “Coca-Cola Femsa” içki istehsalçısının 120 milyon dollar və “Grupo Televisa” media şirkətinin 386 milyon dollar dəyərində səhmini alıb.
Xatırladaq ki, 3 may tarixində Melindanın həmçinin “Canadian National Railway” dəmir yolu şirkətinin və “AutoNation” avtodilerinin 1.8 milyard dollarlıq səhmini aldığını məlum olub.
Beləliklə, Melinda Gates boşandıqdan sonra milyarder olub – onun aldığı səhmlərin dəyəri 2 milyard dolları keçir.
Qeyd edək ki, “Cascade Investment” holdinqi Bill Gatesin ən böyük aktividir. Onun vasitəsilə milyarder danışmaz əmlak, energetika obyektləri və s. sahibdir.
Bill Gates və onun keçmiş həyat yoldaşı Melinda Gates 27 illik evlilik həyatından sonra 3 may tarixində boşandıqlarını açıqlayıblar. Tərəflər belə bir qərarın səbəblərini açıqlamasalar da, “Bill və Melinda Gates Fondu”na birgə rəhbərlik edəcəklərini söyləyirlər.