“Microsoft” şirkətinin təsisçisi və sahibi Bill Geytsin həyat yoldaşı Melinda ondan boşanandan sonra 1,8 milyard ABŞ dolları məbləğində qiymətli kağız alıb.
“Bloomberg” xəbər verir ki, həmin qiymətli kağızlar arasında Kanada Milli Dəmir Yollarının (CN) 1,5 milyard ABŞ dolları məbləğindəki səhmləri, habelə ABŞ-ın “Autonation” avtomobil satışı şirkətində 300 milyon dollarlıq pay var. Bu barədə ABŞ rəsmi qurumları üçün hesabat sənədlərində bildirilir.
“Forbes”-ə görə, Bill Geytsin varidatı 124 milyard dollardır.