22 C
Baku
Thursday, April 18, 2024

Bill Qeyts ən nüfuzlu sahibkar adını qazandı

Bill Qeyts, Ceff Bezos və Stiv Cobs iki min amerikalı arasında aparılan yeni sorğuya əsasən, ən nüfuzlu sahibkarlar seçiliblər.

Respondentlərə son 50 ildə hansı iş adamının cəmiyyətə daha çox müsbət təsir göstərdiyi barədə sual ünvanlanıb.

Rəyi soruşulanlar 40 sahibkar arasında “Microsoft”, “Amazon” və “Apple”ın təsisçilərinin, həmçinin “SpaceX”in yaradıcısı İlon Maskın və “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin adlarını çəkiblər.

Bir çoxları Henri Ford, Aleksandr Bell və Tomas Edison kimi tarixi şəxsiyyətləri də xatırlayıblar. Bununla belə, respondentlərin 48%-i hesab edir ki, bugünkü sahibkarlar sələflərindən daha nüfuzludurlar. Rəyi soruşulanların 20%-i isə bunun əksini düşünür.

ss

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər