15 C
Baku
Friday, March 29, 2024

Bill Qeyts ABŞ-da ən böyük əkinçilik ərazisi olan insana çevrilib

Dünyanın ən varlı milyarderlərindən biri Bill Qeyts ABŞ-da sahəsi demək olar ki, 1000 kv. km olan əkinçilik ərazisinə sahibdir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirək ki, Qeyts bir neçə ildir əkinçilik ərazilərini alır və hal-hazırda onun ABŞ-ın 19 əyalətində torpağı var. Onlardan ən böyükləri Luiziana (280 kv. km), Arkanzas (194 kv. km) və Nebraskada (83 kv. km) yerləşir. Bu torpaqlar birbaşa və ya dolayısı ilə Qeyts ailəsinin sərmayə qoyduğu “Cascade Investments” fonduna məxsusdur.

Milyarder çoxdadır ki, elm və ekologiya baxımından kənd təsərrüfatına maraq göstərir. 2008-ci ildə “Forbes” “Bill və Melinda Qeyts” xeyriyyə fondunun Afrika və Cənubi Asiyadakı kiçik fermerlərə yüksək məhsuldar və yenilənə bilən kənd təsərrüfatını inkişaf etdirmək üçün 306 milyon dollar qrant ayırmışdır. 2018-ci ildə “Qeyts” fondu süd və toyuq yumurtasının istehsalının artırılması üsullarını tapmaq, o cümlədən məhsulun quraqlıq və xəstəliklərə qarşı davamlılığını artırmaq üçün böyük sərmayə qoymuşdur. 2020-ci ilin yanvar ayında fond inkişaf etməkdə olan ölkələrdəki fermerlərə dəstəyi gücləndirmək və məhsuldarlığı artırmaq üçün “Gates Ag One” təşəbbüsünü işə salmışdır.

Qeyts ABŞ-da böyük əkin sahəsinə sahib olsa da, ümumilikdə ölkənin ən böyük təsərrüfatçıları reytinqinə daxil deyil. 2019-cu ildə ABŞ-ın ən böyük təsərrüfatçısı “Liberty Media” şirkətinin direktorlar şurasının sədri Con Malone olub. Ona məxsus olan əkin ərazilərinin ümumi sahəsi 8900 kv. km təşkil edir.

Bill Qeyts – “Microsoft” şirkətinin qurucusudur. O, şirkətin idarəçilik işlərindən uzaqlaşıb və hal-hazıra bütün diqqətini xeyriyyə fəaliyyətinə yönəldib. “Forbes”un qiymətləndirmələrinə görə, Bill Qeytsin sərvəti 120.7 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər