-1 C
Baku
Sunday, December 15, 2024

Bill Qeyts “Bill və Melinda Qeyts Fondu”na $20 mlrd. bağışlayacaq

“2022 Forbes 400” Xeyriyyəçilik Sammitində çıxış edən ABŞ texnologiya nəhəngi Microsoft-un qurucusu Bill Qeyts “Bill və Melinda Qeyts Fondu”nun 25 illik planlarını açıqlayıb.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Qeyts keçmiş həyat yoldaşı Melinda Frenç Qeytslə həmsədrlik etdiyi fonda növbəti dəfə $20 mlrd. köçürəcəyini vəd edib. Xatırladaq ki, Bill Qeyts bir neçə ay əvvəldə fonda $20 mlrd. bağışlamışdı.

Fondun planlarını açıqlayan Qeyts belə deyib: “Fondun hədəfi daha 25 il fəaliyyət göstərməkdir. Məqsədimiz xəstəliklərə ya onları aradan qaldıraraq, ya da çox aşağı səviyyələrə endirərək son qoymaqdır”.

Qeyd edək ki, 25 ildən sonra Bill Qeytsin 91, Melindanın isə 83 yaşı olacaq.

 

Son xəbərlər
Digər xəbərlər