7 C
Baku
Thursday, December 12, 2024

Bill Qeyts: Dünya iqtisadiyyatı pandemiya səbəbindən ən böyük itkilərə məruz qala bilər

Dünya iqtisadiyyatı koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranan böhran səbəbindən tarixdə ən ciddi zərbə ala bilər. Banker.az xəbər verir ki, bu fikri amerikalı sahibkar və “Microsoft” korporasiyasının qurucularından biri Bill Geyts söyləyib.

“Dünya ÜDM-nun itkisi tarixi rekordu qıra bilər. Bəlkə də “Böyük Depressiya” və ya 1873-cü ildəki hadisələr daha pis idi. Bilmirəm. Lakin mənim həyatımda bu, ən ağır iqtisadi zərbə olacaq”, – sahibkar bildirir.
“Biz peyvənd əldə edəcəyik. Və bu halda fondumuzun əsas vəzifəsi dərmanların əlçatan olmasını təmin etmək olacaq. Əminəm ki, dövlətlər bunun üçün əlindən gələni edəcəklər”.

Xatırladaq ki, Bill Qeyts və Melinda Qeyts Fondu koronavirusla mübarizəyə ümumilikdə 100 milyon dollar vəsait ayırıblar. İndiyədək bu puldan Çin, bir neçə Avropa ölkəsi və ABŞ yararlanıb.

Son xəbərlər
Digər xəbərlər