28 C
Baku
Saturday, July 27, 2024

Bill Qeyts: “Kripto və NFT sektoru axmaq nəzəriyyəyə əsaslanır”

Bu həftə iştirak etdiyi iqlim konfransında BitcoinNFT dünyası haqqında açıqlamalar verən Bill Qeyts bu sektordan uzaq durduğunu bir daha dilə gətirib.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Aydındır ki, meymunların bahalı görüntüləri dünyanı çox yaxşılaşdıracaq” deyərək istehza ilə gülən B.Qeyts belə davam edib: “Düşünürəm ki, bu, inanılmazdır. Kiminsə bunun üçün olduğundan daha çox pul ödəyəcəyinə dair axmaq nəzəriyyəyə əsaslanan 100%-lik aktiv sinfinə sahib olmaq… Və bu anonimliyin mərkəzində vergidən yayınma və ya hökümətin qoyduğu qaydalardan qaçmaq dayanır”.

Qeyts əvvəllər də Bitcoin kimi valyutalara şübhə ilə yanaşdığını bildirib. 2021-ci ilin fevralında Bloomberg-ə verdiyi müsahibədə o, fərdi investorların “Bitcoin çılğınlığına qapılmasından” narahat olduğunu demişdi. Qeyts kriptovalyutasız dünyanın daha yaxşı olacağını bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər