13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı

“Microsoft” korporasiyasının qurucusu Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb.

Banker.az xəbər verir ki, milyarderin fikrincə, yoluxma sayı gələn ilin yay aylarında əhəmiyyətli dərəcədə aşağı düşəcək.

“Ola bilsin ki, rəqəmlər (ölüm sayı) mövsümi qripdən də aşağı düşəcək. Bu, yeni ştamların ortaya çıxması kimi sürprizlər olmasa, baş verəcək”, – deyə Bill Qeyts Maykl Blumberqin iqtisadi forumunda çıxışı zamanı söyləyib.

Sahibkar vurğulayır ki, indi bu barədə COVID-19-un qarşısının alınması və müalicəsinin müasir üsullarından, xüsusən də peyvənddən uğurla istifadə olunduğu üçün danışmaq olar. Qeyts həmçinin koronavirusdan ölüm hallarının sayının aşağı düşməsinin iqtisadiyyatın bərpası üçün siqnal olacağını əlavə edib.

“Microsoft”un yaradıcısının sözlərinə görə, yaxın gələcəkdə bəşəriyyət yeni qrip növləri ilə mübarizə problemi ilə üzləşəcək. Qeytsin fikrincə, bu xəstəliyin mutasiyaları ilə bağlı yeni pandemiyanın qarşısını almaq üçün bəşəriyyət öz nailiyyətlərini dəqiq qoruyub saxlamalıdır.

Xatırladaq ki, pandemiya başlayandan bütün dünyada 254 milyon insan koronavirusa yoluxub, onlardan 5.11 milyonu ölüb.

Son xəbərlər
Oxşar xəbərlər
X