5 C
Baku
Saturday, December 14, 2024

Bill Qeyts süni intellektlə aparılan təcrübələri dayandırmamağa çağırıb

“Microsoft”un həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektlə bağlı araşdırmaların dayandırılması bəşəriyyətin gözlədiyi mümkün problemləri həll etməyəcək. Bill Qeyts “Apple”, “Skype” və “Pinterest”in həmtəsisçilərinin, “SpaceX” və “Tesla” şirkətlərinin baş direktorundan süni intellektlə aparılan genişmiqyaslı təcrübələri dayandırmağı xahiş edən açıq məktubuna belə cavab verib.

“Təcrübələri tam olaraq kimin dayandırmalı olduğunu, nə üçün və dünyanın bütün ölkələrinin buna hazır olub-olmadığını başa düşə bilmirəm. Ancaq nə qədər çox insan varsa, bir qədər də fikir var”, – deyə Bill Qeyts söylərib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Microsoft”un həmtəsisçisinin fikrincə, hətta altı aylıq fasilə belə süni intellekt sahəsində inkişaflar üçün qlobal bazara kömək etməyəcək. Onun fikrincə, konkret tədqiqatçılar qrupunun işinin dayandırılması sənayenin üzləşə biləcəyi çətinlikləri həll etməyəcək.

Martın 29-da dünyanın ən böyük texnologiya korporasiyalarının rəhbərlərinin imzaladığı açıq məktub dərc olunub. Orada tədqiqatçılar GPT-4-dən daha güclü olan süni intellekt sistemlərinin hazırlanmasına altı ay müddətində dünya miqyasında moratorium qoymağa çağırıblar.

Açıq məktubda deyildiyi kimi, “insan” vəzifələrini yerinə yetirə bilən süni intellektin qeyri-məhdud inkişafı bəşəriyyəti təhlükə qarşısında qoyur.

Son xəbərlər
Digər xəbərlər