“Microsoft” şirkətinin banisi Bill Qeytsin atası Uilyam Qeyts 94 yaşında vəfat edib.
Bu barədə Bill Qeyts öz bloqunda bildirib.
“Dünən atam evdə ailəsinin əhatəsində dinc şəkildə öldü. Onu indi ifadə edə biləcəyimizdən çox darıxacağıq. Kədər, həm də minnətdarlıq hissi keçiririk. Atamın ölümü gözlənilməz deyildi, onun 94 yaşı vardı və səhhəti pisləşirdi, ona görə də illərdir həyatımızda belə gözəl bir insana sahib olduğumuz üçün nə qədər şanslı olduğumuzu düşünməyə vaxt tapdıq”, – Bill Qeyts yazıb.
Qeyts atasının xeyriyyəçiliyə mühüm töhfə verdiyini qeyd edib. “Atam olmasaydı, Bill və Melinda Qeyts Fondu bugünkü vəziyyətə çevrilməzdi. Fondun sərvətlərini hamıdan çox o formalaşdırdı”, – o deyib.
“New York Times” nəşri qeyd edib ki, ata Qeytsin ölümünə alsqeymer xəstəliyi səbəb olub.