10 C
Baku
Wednesday, December 11, 2024

Bill Qeytsin fondu afrikalı fermerlərə 1.4 milyard dollar verəcək

Bill və Melinda Qeyts Fondu Afrikadakı kiçik fermerlərə iqlim dəyişikliyinin qısa və uzunmüddətli təsirlərinin öhdəsindən gəlməyə kömək etmək üçün 1,4 milyard dollar ianə edir.

Bu barədə bazar ertəsi təşkilatın saytında dərc olunmuş bəyanatda deyilir.

“Bir çox regionlar üçün iqlim dəyişikliyi görünməmiş ərzaq və iqtisadi böhrana çevrilir. 2 milyarddan çox insan qida və dolanışıq vasitələri üçün kiçik fermer təsərrüfatından asılıdır, lakin iqlim dəyişikliyinə ayrılan maliyyənin 2%-dən az hissəsi onların bu dəyişiklərə uyğunlaşmasına kömək etmək üçün xərclənir. Bizim fəaliyyətimiz kiçik fermerlərin mövcud vəziyyətə uyğunlaşmasına kömək edəcək. Dünya liderləri prioritetləri anlamaq və təcili tədbirlər görmək üçün Afrika fermerlərinin və hökumətlərinin səslərinə qulaq asmalıdırlar”, – deyə Fondun baş direktoru Mark Suzman BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 27-ci Konfransı (COP27) zamanı bəyan edib.

O vurğulayıb ki, Qeyts Fondu növbəti dörd il ərzində regionda rəqəmsal texnologiyaların və kənd təsərrüfatında iqlimə uyğun ağıllı həllərin tətbiqinə kömək edəcək innovasiyalara diqqət yetirəcək.

Son xəbərlər
Digər xəbərlər