2 C
Baku
Saturday, December 14, 2024

“Binə ticarət mərkəzi” ərazisində qanunsuz fəaliyyət göstərən avtovağzal bağlandı – Məhkəmə qərar verdi

“Binə” Ticarət Mərkəzinin ərazisində avtovağzal aşkarlanıb.
“Binə” Ticarət Mərkəzində araşdırma aparılıb və müəyyən edilib ki, müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları mərkəzin ərazisinə daxil olmaqla, oradan yenidən sərnişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da təyinat nöqtəsinin “Binə” Ticarət Mərkəzi olması qeyd olunub.
Bütün bu işlər isə “Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazaviya” MMC olan şirkətin adı ilə görülüb.
O da məlum olub ki, “Binə” Ticarət Mərkəzindən kənar saxlayan sürücülərin sərnişindaşıma fəaliyyətinə mane olurlar. Onlara yalnız yüksək “yer haqqı” ödəməklə Ticarət Mərkəzinin daxilində fəaliyyət göstərməyə icazə verilir.
Artıq “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin əməkdaşları sözügedən avtovağzalın fəaliyyətinin dayandırılması üçün iş aparır.
“Binə” Ticarət Mərkəzi ərazisində icazə olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinə əsasən, 1 sentyabrda protokol da tərtib edilib.
Məhkəmənin qərarı ilə “Arazaviya” MMC İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.
Son xəbərlər
Digər xəbərlər