10 C
Baku
Thursday, December 12, 2024

Binəli Yıldırım “YAŞAT” Fonduna 1000 manat ianə edib

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “YAŞAT” Fondunun təşkil etdiyi “Zəfər” yarmarkasını ziyarət edib.

“ASAN Xidmət”dən verilən məlumata görə, qonağa məlumat verilib ki, 29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur. Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Binəli Yıldırım ərazidə quraşıdırlan “ASAN ödəniş” terminalı vasitəsi ilə “YAŞAT” Fonduna 1000 AZN məbləğində ianə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər