10 C
Baku
Wednesday, December 11, 2024

“Binance” kriptobirjası Britaniyadan gedib

“Binance Group” fəaliyyətsiz törəmə şirkəti “Binance Markets Limited”i ləğv etmək üçün Böyük Britaniyanın maliyyə tənzimləyicisinə müraciət edib. Ərizə tənzimləyici tərəfindən təsdiqlənib.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Böyük Britaniyanın maliyyə tənzimləyicisi (Financial Conduct Authority) “Binance” kriptovalyuta birjasının törəmə şirkəti olan “Binance Markets Limited” şirkətinin qeydiyyatını rəsmi olaraq ləğv edib. Bunu tənzimləyicinin saytındakı məlumatlar sübut edir.

Böyük Britaniyanın əsas maliyyə tənzimləyicisi “Binance”nin tələbi ilə kriptovalyuta birjasının törəmə şirkətinə verilmiş bir neçə lisenziyanı ləğv edib. Bu, heç bir şəkildə əməliyyatlara təsir etməyəcək, çünki şirkət heç vaxt Böyük Britaniyada fəaliyyət göstərməyib.

“Binance”nin Böyük Britaniya və Avropada inkişaf üzrə meneceri İlir Laroya görə, şirkətin Avropada hələ də Fransa, İtaliya, İspaniya, Polşa və İsveç də daxil olmaqla beş tənzimlənən qurumu var. Nəşrin məlumatına görə, bu barədə Laro “Twitter”də yazıb.

İyun ayında “Binance” maliyyə və mübadilə fəaliyyətini həyata keçirmək üçün lisenziyadan məhrum edildiyinə görə Hollandiya bazarından geri çəkilmək məcburiyyətində qaldığını açıqlayıb. İyulun 17-dən sonra yerli müştərilər platformada depozit qoya və ticarət edə bilməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər